Çanaqqalada verdiyi açıqlamada nazir deyib...
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ölkənin son 20 ildə qlobal istehsal bazasına çevrildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Çanaqqalada verdiyi açıqlamada nazir deyib: “Türkiyə son 20 ildə insan resursları potensialı, hərtərəfli investisiya təşviqləri, planlaşdırılan sənaye zonaları və sürətlənən innovasiya ekosistemi ilə addım-addım qlobal istehsal bazasına çevrilib. Bu illər ərzində gerçəkləşən istehsal həmləsi ilə Türkiyə keramika sənayesi dünyada mühüm mövqe qazanıb. Bu gün dünya bazarlarının axtarılan məhsulu olan Türkiyə keramika sektoru 113 ölkəyə təxminən 2 milyard dollardlıq ixracat həyata keçirib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB