Dövlət Dumasının deputatlarına bildirildi ki, onların “xüsusi hərbi əməliyyat” zonasındakı hərbi hissə və birləşmələrə bütün səfərləri indi Müdafiə Naziri və ya Baş Qərargah rəisi ilə razılaşdırılmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu RBC-yə Dövlət Dumasından olan üç həmsöhbət deyib.
Beləliklə, RBC-in məlumatına görə, belə bir tələb Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanlanmış məktubundan sonra “deputatların diqqətinə çatdırılıb”.
Qeyd edək ki, ötən həftə parlamentə daxil olan məktub, RBC-nin mənbəsinə görə, “tövsiyyə xarakteri daşıyır”.
Artıq rusiyalı deputatlara icazəsiz qoşunların olduğu yerə gəlmək və hərbçilərlə görüşmək qadağan edilib. Nəşrin yazdıöına görə, guya hərbi rəhbərlik “cəbhə bölgəsində piar”ı sevmir.
Yəni cəbhəyə gələn rusiyalı deputatlar burada daha çox şəkil çəkdirib, şou göstərirlər.
Dövlət Dumasında daha bir mənbə əlavə edib ki, “tankların və silahların yanında şəkil çəkdirənlər” üçün suallar yaranıb.
Yeri gəlmişkən, iki həftə əvvəl Dövlət Dumasının deputatı Andrey Qurulev Rusiyanın 58-ci Birləşmiş Silahlı Qüvvələrinin keçmiş komandiri İvan Popovun tabeliyində olanlara audiomüraciətini dərc edib.
Və həmin audiomüraciətdə ordu və cəbhədəki problemlərdən danışıraraq, necə deyərlər, açıb sandığı, töküb pambığı...
Təbii ki, generalın hər şeyi adı ilə çağırması ona baha başa gəlib və sonradan komandanlıqdan uzaqlaşdırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB