Türkiyə Nigerdəki çevrilişlə bağlı baş verənləri dərin narahatlıqla izləyir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyi Nigerdəki çevrilişlə bağlı bəyanatında bildirir: “Biz demokratik seçkilər yolu ilə hakimiyyətə gələn prezident Məhəmməd Bazumun vəzifədən kənarlaşdırılmasını və Niger ordusunun bir qrupu tərəfindən bütün demokratik təsisatların fəaliyyətinin dayandırılmasını dərin narahatlıqla izləyirik. Dost və qardaş Nigerdə konstitusiya quruluşu, ictimai sülh və sabitliyin pozulmamasını arzulayırıq.
Keçirdiyi bu çətin dövrdə Türkiyə Nigerin yanında olmağa davam edəcək”.
Xatırladaq ki, Nigerdə prezident M.Bazum hökuməti 26 iyul hərbi çevrilişi ilə devrilib və özlərini Vətənin Mühafizəsi Milli Şurası (CNSP) adlandıran bir qrup hakimiyyəti ələ keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB