Volodin bütün ölkələrin bundan sonra rus silahı alacaları qənaətindədir

Volodin bütün ölkələrin bundan sonra rus silahı alacaları qənaətindədir

Qərbin Kiyevə hər hansı yeni silah tədarükü Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının nəticələrinə heç bir şəkildə təsir etməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri iyulun 27-də öz Teleqramında Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin bildirib.

Beləliklə, Volodin, Qərb ölkələrindən Ukraynaya tədarük edilən hər hansı silahın artıq Rusiyanın xüsusi hərbi əməliyyatındakı nəticələrinə təsir etməyəcəyini bildirməklə, o da varlığını “nümayiş etirməyə” çalışıb.

Parlament spikerin dediyinə görə, Kiyev rejimi hələ də Qərbdən “möcüzə silahı” üçün yalvarmaqda davam edir, guya bu, Ukrayna hakimiyyətinin fikrincə, onların Rusiya ilə münaqişədə bütün problemlərini həll etməyə kömək edəcək.

Volodinin fikrincə, nə Amerikanın "Üç Balta" qaubitsaları, nə məşhur "Himers" və "Bradley"lər nə də "Bəbirlər" rus mövqelərinə əks hücumda "Ukronazilərə" kömək etmədi.

Qeyd edək ki, rusiyalı spiker burada da bir yeniliyə əminlik ifadə edir.

Belə ki, onun dediyinə görə, Qərb silahlarının döyüş meydanında səmərəsiz olduğuna əmin olan bir çox ölkələr daha onlardan silah-filan almayacaqlar.

Volodinin dediyindən bu qənaətə gəlmək olar ki, deməli,bundan sonra bütün ölkələr rus silahı almağa can atacaqlar?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə