Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus həftəlik mətbuat konfransında bildirib...
Aralıq dənizi sahilləri yanır

Əlcəzair, Yunanıstan, İtaliya və Tunisdə baş verən meşə yanğınları 40 nəfərin ölümünə, minlərlə insanın təxliyəsinə səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus həftəlik mətbuat konfransında bildirib: “Həddindən artıq istilər şimal yarımkürəsində sağlamlığı təhdid davam edir.

Yüksək temperatur və digər şərtlər Aralıq dənizi sahillərində olan Əlcəzair, Yunanıstan, İtaliya və Tunisdə 40 nəfərin ölümünə və minlərlə insanın təxliyəsinə gətirib-çıxaran meşə yanğınlarına səbəb olub.

Yunanıstan adalarında, o cümlədən Rodosda yanğınsöndürənlər alovla mübarizə aparır. Təbiət yanğınları ilə əlaqədar ada ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

Son bir neçə gündə İtaliyada 6 nəfər meşə yanğınlarının qurbanı olub. Ən gərgin vəziyyət Siciliya adasında yaşanıb: iyulun 24-də havanın hərarəti 47,4 dərəcəyə yüksəlib. İtaliyanın baş naziri Corca Meloni zərərçəkənlərə yardım üçün hökumətin bütün mümkün imkanlarından istifadə edəcəyini bildirib.

Aralıq dənizi sahillərində yerləşən Afrika ölkələri də təbiət yanğınlarından əziyyət çəkir. Əlcəzairdə təbii fəlakət 34 nəfərin həyatına son qoyub. Bir neçə gündür ki, havanın temperaturunun 49 dərəcədən aşağı düşmədiyi Tunisdə meşə yanğınları səbəbindən yüzlərlə insan təxliyə olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə