ABŞ-ın Kaliforniya ştatının San-Fransisko bölgəsində magistral yolda dəhşətli anlar yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Dövlətlərarası 80” şosesində avtomobilindən çılpaq vəziyyətdə yola atılan dindar qadın maşınlara atəş açıb.
Magistral yolda nə paltar, nə də alt paltarı olmadan zolaqlar arasında qaçan qadın silahını yoldan keçən avtomobillərə tərəf tuşlayarkən hadisə şahidlərinin mobil telefon kamerasına düşüb.
Hadisədə can və mal itkisi olmasa da, qadın həbs edilib. Daha sonra qadın müalicə və müayinə üçün yerli xəstəxanaya aparılıb. Səlahiyyətlilər qadının motivlərinin nə ola biləcəyini müəyyən etmək üçün hazırda işi araşdırdıqlarını bildiriblər.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB