Avropa Mərkəzi Bankı gözlənilən faiz qərarını AÇIQLADI

Avropa Mərkəzi Bankı gözlənilən faiz qərarını AÇIQLADI

Avro zonasında faiz dərəcələri bazar gözləntilərinə uyğun olaraq 25 bənd artırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bank overnayt depozit dərəcəsini 3,75%-ə, yenidən maliyyələşdirmə dərəcəsini 4,25%-ə, marjinal maliyyələşdirmə dərəcəsini 4,50%-ə qaldırıb.

İyun ayında avro zonasında inflyasiya 5,5 faiz təşkil edib. Qərarda inflyasiyanın daha uzun müddət yüksək səviyyədə qalması gözlənildiyi bildirilib. Mətndə faiz dərəcələrinin gələcək qərarların təsiri ilə kifayət qədər məhdudlaşdırıcı olacağı ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə