ABŞ Senatının rəsmisi mətbuat konfransında donub qaldı

ABŞ Senatının rəsmisi mətbuat konfransında donub qaldı

ABŞ Senatının ən yüksək səviyyəli respublikaçı üzvü Miç MekKonnell mətbuat konfransında jurnalistlərlə danışarkən təxminən 21 saniyə donub qalıb və konfransı tərk edib. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, o yalnız 12 dəqiqə sonra "yaxşı olduğunu" söyləmək üçün geri qayıdıb. 81 yaşlı Kentukki millət vəkili çərşənbə günü müntəzəm olaraq planlaşdırılan mətbuat konfransına başlayıb, böyük bir müdafiə maliyyələşdirmə qanun layihəsi üzərində ikitərəfli əməkdaşlıq haqqında danışarkən bu hadisəni yaşayıb və həkimin köməyi ilə konfransdan gedib.

O, rəhbərlikdə onu kimin əvəz edə biləcəyi ilə bağlı sualı cavablandırmaqdan çəkinib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə