ABŞ-ın Luiziana ştatında qadın gecə yuxudan oyanıb getdiyi hamamda tualetdən ilan çıxdığını görüb şoka düşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, top pitonu olduğu öyrənilən ilanı çıxarmaq üçün məkana ilan mütəxəssisi çağırılıb.
Tualeti sökən mütəxəssis pitonu tutub. Ümumiyyətlə ev heyvanı kimi saxlanılan top pitonları təhlükəli və zəhərli deyil. Heyvanın yaşadığı evdən qaçdığı ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB