3 delfinin sinxron rəqsi unudulmaz anlar yaşatdı

3 delfinin sinxron rəqsi unudulmaz anlar yaşatdı

ABŞ-ın Massaçusets ştatı sahillərində 3 delfinin sinxron rəqsi hər kəsə zövq verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəsi ilə balıq ovuna getmək üçün gəmiyə çıxan Addinin çəkdiyi görüntülər izləyənləri məftun edib.

Sudan tullanan üç delfinin ifa etdiyi sinxron rəqs şousu ailəyə unudulmaz anlar yaşadıb. Robert Addie ABŞ mətbuatına verdiyi açıqlamada, həyatı boyu dənizdə gəzərkən minlərlə delfin gördüyünü, lakin ilk dəfə belə unikal bir anın şahidi olduğunu bildirib. Addie bunları deyib: "Mən buna bənzər bir şey görən kimsə tanımıram. Bu heyrətamizdir. Bir daha görməyəcəyim, lakin ömür boyu xatırlayacağım heyrətamiz bir an".

Bütün xəbərlər Facebook səhifəmizdə