Filippinin Rizal bölgəsindəki Laquna de Bay gölündə sərnişin qayığının batması nəticəsində 30 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Şinhua"nın məlumatına görə, Filippin sahil mühafizəsi qəza ilə bağlı açıqlama verib.
Sahil mühafizəsi Rizal bölgəsində yerli vaxtla saat 13:00 radələrində qayığın göldə batması nəticəsində 30 nəfərin həyatını itirdiyini, 40 nəfərin isə xilas edildiyini bildirib. Qayıqda 70 sərnişinin olduğu təxmin edilir. Bildirilir ki, çaxnaşma içində olan sərnişinlərin bir yerə toplanması nəticəsində güclü küləkdən silkələnən qayıq aşıb. Ölkənin şimal bölgələrində təsirli olan "Doksuri" qasırğası səbəbi ilə Filippində bir çox limanda səyahət qadağası qoyulub.
Sahil mühafizəsi qeyd edib ki, təxminən 3800 sərnişin limanlarda qapalı qalıb. "Doksuri" qasırğası nəticəsində ölkədə 6 nəfərin öldüyü açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB