Koreya lideri Şoyquya qadağan olunmuş raketləri nümayiş etdirib - FOTOLAR

Koreya lideri Şoyquya qadağan olunmuş raketləri nümayiş etdirib - FOTOLAR

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen In-ı Şimali Koreyanın qadağan olunmuş ballistik raketlərinin nümayiş etdirildiyi müdafiə sərgisində müşayiət edib. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, Rusiyalı nazir Sergey Şoyqu və Kommunist Partiyasının siyasi büro üzvünün başçılıq etdiyi Çin nümayəndə heyəti bu həftə Şimali Koreyada “Qələbə Günü” kimi qeyd olunan Koreya müharibəsinin bitməsinin 70-ci ildönümü üçün Şimali Koreyaya gəlib.

Nüvə qabiliyyətinə malik raketlər BMT Təhlükəsizlik Şurasının Rusiya və Çinin dəstəyi ilə qəbul etdiyi qətnamələrə əsasən qadağan edilmişdi, lakin bu həftə onlar ABŞ-la rəqabətdə birləşən üç ölkənin həmrəylik nümayişi təəccüblü bir fon yaratdı. Şoyqunun səfəri Sovet İttifaqının dağılmasından sonra Rusiya müdafiə nazirinin Şimali Koreyaya ilk səfəri idi.

Şimali Koreya mətbuatı xəbər verir ki, Şoyqu Kim-ə Rusiya prezidenti Vladimir Putinin məktubunu verib. Kim Putinə Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyətini göndərdiyinə görə təşəkkür edib və deyib ki, səfər Şimali Koreya ilə Rusiya arasında strateji və ənənəvi münasibətləri dərinləşdirib.

Ukraynadakı müharibəyə istinad edilməsə də, Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam Şimali Koreyanın Rusiyanın “ədalət uğrunda döyüşünü” tam dəstəklədiyini və suverenliyini qoruduğunu söylədi. Bildirilib ki, Kim Şoyqunu yeni silah və hərbi texnika sərgisinə ekskursiya edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə