Dağlarda yaşayan 3 nəfər aclıqdan və soyuqdan ölüb

Dağlarda yaşayan 3 nəfər aclıqdan və soyuqdan ölüb

ABŞ-ın Kolorado ştatındakı Rokki dağlarında “təcrid”də yaşayan ailənin 3 üzvünün “aclıq və soyuqdan” ölə biləcəyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, məhkəmə tibb işçiləri iyulun 9-da cəsədləri "Rokki Mountains"də ucqar düşərgədə tapılan iki 40 yaşlı bacı və 14 yaşlı oğlanın ölüm səbəbləri ilə bağlı açıqlama yayıb.

Bundan əlavə, səlahiyyətlilər ölümün səbəblərinin hələ müəyyən edilmədiyini və toksikoloji hesabatların tamamlanmasını gözlədiklərini bildiriblər. Ölkə mətbuatının məlumatına görə, ailənin “təcrid” həyatı yaşamaq üçün ötən il yayda başladığı düşərgə bütün qış boyu davam edib.

Lakin 42 yaşlı Rebekka Vans və onun 14 yaşlı oğlu və 41 yaşlı bacısı Kristin Vansın qışda öldüyü güman edilir. Rebekka Vansın ögey bacısı Trevala Jara, dünyanın gedişatını bəyənmədiyi üçün ailəsi ilə təcrid olunmuş vəziyyətdə yaşamağa qərar verdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə