Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri AÇIQLANDI - SİYAHI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 244 270 hərbçisi məhv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 186 tank, 8 147 zirehli maşın, 4 745 artilleriya sistemi, 698 reaktiv yaylım atəşi sistemi, 457 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 3 996 PUA, 1 347 qanadlı raket, 18 gəmi/qayıq, 7 229 avtomobil texnikası və avtosistern, 708 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə