BƏƏ prezidenti Bin Zayed üçün kədərli gün

BƏƏ prezidenti Bin Zayed üçün kədərli gün

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşı və Əbu-Dabi prezidentinin nümayəndəsi Şeyx Səid bin Zayed Əl Nəhyan vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ rəsmi agentliyində yer alan məlumata görə, bir neçə gün əvvəl səhhətində problem olduğu bildirilən Səid bin Zayidin ölüm xəbəri Rəyasət Heyəti tərəfindən açıqlanıb.

Prezident Şurasının bəyanatında BƏƏ prezidentinin qardaşı, Əbu-Dabi prezidentinin nümayəndəsi Səid bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edildiyi bildirilib və bu müddət ərzində bayraqlar yarıya qədər endiriləcək. İyulun 22-də Rəyasət Heyətinin təfərrüatlara yer verilməyən bəyanatında 58 yaşlı Səid bin Zayidin səhhətində problem olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə