"Qalatasaray" tərəfdarı İkardinin gəliş tarixini AÇIQLADI

"Qalatasaray" tərəfdarı İkardinin gəliş tarixini AÇIQLADI

"Qalatasaray" azarkeşləri uzun müddətdir həsrətində olduqları hücumçu Mauro İkardi ilə görüşəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçunun və həyat yoldaşı Wanda Naranın İstanbula gəliş tarixi açıqlanıb.

Sarı-qırmızılılar ötən mövsüm Super Liqada qazanılan çempionluqlarda böyük pay sahibi olan Mauro İkardini səbirsizliklə gözləyirdi. Vilfrid Zahanın transferindən sonra azarkeşlər hücumçu adının transferinə də səbirsizlik nümayiş etdirirdi.

Mauro İkardi sabah axşam İstanbula gələcək. Xəbərdə argentinalı hücumçunun həyat yoldaşı ilə birlikdə İstanbula gətirəcək təyyarə üçün rəsmi müraciət edildiyi bildirilib. Rəsmi müraciətə əsasən, Mauro İkardi və Wanda Naranın sabah axşam saat 20.50-də İstanbulda olacağı iddia edilib.

Keçən mövsümdə İkardi 26 oyunda meydanda olarkən 23 qol və 8 məhsuldar ötürmə ilə ümumilikdə 31 qola birbaşa töhfə verərək çempionluğun qazanılmasında çox mühüm rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə