Meksikada gecə biranlıq gündüzə çevrildi - FOTO

Meksikada gecə biranlıq gündüzə çevrildi - FOTO

Meksikada baş verən təbii hadisə sosial şəbəkələrdə sürətlə yayılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, gecə yarısı meydana gələn hadisədə atmosferə girən meteorit böyük çaxnaşmaya səbəb olub. Adi gözlə görülə bilən meteoritin yaratdığı parıltı anbaan kameralara əks olunub.

Meteorit Miçoakan, Kolima və Xalisko ştatlarında gecəni gündüzə çevirib.

Miçoakan əyalətinin qubernatoru Alfredo Ramirez Bedolla verdiyi açıqlamada, Kolima Universitetinin alimlərinin səmada görünən parlaq uçan cismin meteorit olduğunu müəyyən etdiklərini bildirib. Meteoritin atmosferə girdikdən sonra alov topuna çevrildiyi anlar ətrafdakı vətəndaşlar tərəfindən anbaan lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə