ABŞ prezidenti Cozef Bayden dövlət qurumlarına Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların toplanmasında Beynəlxalq Cinayət Məhkəməsinə kömək etməyi tapşırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,
bu barədə xəbəri çərşənbə günü “New York Times” hökumət rəsmilərinə istinadən yayıb.
Maraqlıdır ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması ilə bağlı sazişi ratifikasiya etməyən ABŞ bu qurumla əməkdaşlıqdan imtina edib.
O da maraqlıdır ki, niyə?
Çünki rəsmi Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ hərbçilərini də mühakimə edəcəyindən ehtiyatlanır.
Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostin prezidentin qərarına qarşı çıxıb, dövlət katibi Entoni Blinken və bir çox tanınmış qanunvericilər məhkəməyə Rusiyanın Ukraynadakı potensial hərbi cinayətlərini araşdırmaqda kömək etməyi müdafiə ediblər.
Ehtimal olunur ki, Amerika xüsusi xidmət orqanları, xüsusən də Rusiya rəhbərliyinin Ukraynanın mülki infrastrukturunu atəşə tutmaq və ukraynalı uşaqları Rusiyaya zorla deportasiya etmək barədə necə qərarlar qəbul etdiyi barədə ətraflı məlumata malikdir. Rusiya prezidenti Vladimir Putinin həbsinə order Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məhz Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların deportasiyasını təşkil etmək ittihamı əsasında verilib.
Yeri gəlmişkən Ağ Ev hələlik prezidentin qərarını və ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığının necə olacağını rəsmən açıqlamayıb.
Bu arada Senatın Ədliyyə Komitəsinin sədrləri olan demokratlar Riçard Durbin və Lindsey Qriam prezident Baydenin qərarını alqışlayıblar.
“...Ukraynadakı vəhşiliklərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün nə lazımdırsa, etməliyik. Bununla biz ukraynalı dostlarımıza kömək edəcəyik və Putinə aydın siqnal verəcəyik ki, ABŞ bu dəhşətli cinayətlərə dözməyəcək”.
Bunu senatorlar bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB