Ankarada baş vermiş partlayışın səbəbi məlum olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzindən açıqlama verilib.
Bildirilib ki, Ankaranın Elmadağ rayonunda hərəkətdə olan yük maşını qəza nəticəsində alovlanıb və avtomobilin təkərlərində, həmçinin digər hissələrində partlayışlar baş verib.
Qeyd olunub ki, partlayışlar nəticəsində ətraf mühitə heç bir ziyan dəyməyib, ölən və yaralanan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB