Vaşinqton ABŞ-ın Gürcüstandakı səfirliyinin eks-prezident Mixail Saakaşvilinin maraqlarını təbliğ etməsi ilə bağlı məlumatı təkzib edib. Qeyd edək ki, qalmaqal Amerikanın xarici agentlər haqqında qanununa əsasən məlumatların dərcindən sonra yaranıb.
Amerika səfirliyi Gürcüstan məhkəmənin qərarı ilə cəza çəkən keçmiş prezident Mixail Saakaşvilinin maraqlarının lobbiçiliyi ilə məşğul deyil və heç vaxt bunu etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq açıqlama ilə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini çıxış edib.
...Səfirliyin əməkdaşları dünyanın müxtəlif yerlərindəki səfirliklərimiz kimi müxtəlif insanlarla görüşür. Şəxsi diplomatik əlaqələrin təfərrüatlarına varmadan təsdiq edə bilərik ki, səfirliyimiz heç vaxt Gürcüstanın keçmiş prezidentinin xeyrinə lobbiçiliklə məşğul olmayıb.
Qeyd edək ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB