İtaliya Senatı çərşənbə günü 1932-1933-cü illərdəki Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınmasına səs verib.
SİA-nın əldə etdiyi məlumata görə, Qolodomorun soyqırım kimi tanınması ilə bağlı qətnaməni İtaliya Senatının 130 üzvü dəstəkləyib, yəni qətnamənin əleyhinə səs verən olmasa da, dörd nəfər bitərəf qalıb.
Qətnamədə italiyalı senatorlar qeyd ediblər ki, 1932-1933-cü illərdə İosif Stalinin başçılığı ilə SSRİ Ukraynanın dinc əhalisi arasında qəsdən qıtlıq salıb, bu aclıq milyonlarla insanın, əsasən də kəndlilərin və kiçik torpaq mülkiyyətçilərinin ölümünə səbəb olub.
“Qolodomorun və Ukrayna xalqına qarşı sovet cinayətlərinin xatirəsi bu gün Rusiyanın işğalı və Ukraynanın milli kimliyini silmək cəhdi fonunda daha da böyük əhəmiyyət kəsb edir”, - sənəddə vurğulanır.
Müvafiq olaraq, qəbul edilmiş qətnamə İtaliya Senatını Deputatlar Palatası, hökumət, Avropa və beynəlxalq qurumlarla razılaşdırılaraq istənilən növbəti təşəbbüsü qəbul etməklə Qolodomoru soyqırım kimi tanımağa məcbur edir.
Yeri gəlmişkən, İtaliyalı senatorların qərarını şərh edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu “tarixi ədaləti bərpa edən, milyonlarla qurbana hörmət edən və gələcək nəsilləri soyqırım cinayətinə qarşı xəbərdar edən” mühüm addım adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB