Ukrayna məhkəməsi Rusiya prezidentini Donetsk və Luqansk vilayətlərindəki separatçı respublikaların müstəqilliyini tanımağa çağıran Dövlət Dumasının 18 deputatını qiyabi olaraq 15 il həbs cəzasına məhkum edib. Onlar ölkənin ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunublar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Təhlükəsizlik Xidməti yayıb.
Məsələ bundadır ki, həmin deputatlar 2022-ci il fevralın 15-də separatçıların müstəqilliyinin tanınmasını xahiş edən qətnamənin qəbuluna səs veriblər. Daha sonra onlar prezident Vladimir Putinin imzaladığı müstəqilliyin tanınması haqqında müqaviləni ratifikasiya ediblər.
Məhz bu razılaşmalar Moskva tərəfindən Ukraynaya hərbi müdaxilə üçün əsas kimi istifadə edilib.
Məhkumların siyahısına Kommunist Partiyası fraksiyasının doqquz deputatı (Mixail Avdeev, Olqa Alimova, Nikolay Arefiyev, Mixail Berulava, Anatoli Bifov, Nikolay Vasilyev, Anjelika Qlazkova, Sergey Kazankov, Renat Süleymanov), “Yeni İnsanlar” (“Novıe lyudi”) fraksiyasının dörd üzvü (Georgi Arapov, Kseniya Qoryaçeva, Vladislav Davankov, Aleksandr Demin) daxildir.
Yeri gəlmişkən, Ukrayna Təhlükəsizlik Xidməti eyni iş üzrə daha 73 rusiyalı deputata qarşı ittiham aktı məhkəməyə təqdim edildiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB