İstintaq Komitəsi Omsk vilayətinin 74 yaşlı sakininə qarşı nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.
SİA-nın əldə etdiyi məlumata görə, buna səbəb təqaüdçünün “Odnoklassniki” sosial şəbəkəsində hazırladığı “Müqəddəs Georgi” lenti ilə bağlı nəşrin repostu olub.
İstintaqın fikrincə, nəşrin mətnində “Rusiyanın hərbi şöhrət simvoluna mənfi münasibət” əlamətləri var. İşin başqa təfərrüatları açıqlanmayıb.
Rusiyada Georgi lenti uzun illərdir ki, Böyük Vətən Müharibəsində qələbənin qeyd edilməsinin əsas simvollarından biridir. 2014-cü ildə o, Krımın ilhaqı ilə müşayiət olunan “Rus baharı” adlanan təbliğat kampaniyasının simvoluna çevrildi.
Narıncı və qara lentdən Donbass separatçıları da geniş istifadə ediblər. Tədricən bu, əslində Kremlin siyasətinə sadiqlik simvoluna çevrildi.
Onu da qeyd edək ki, Ukrayna, Latviya, Litva və Moldovada Müqəddəs Georgi lentinin kütləvi nümayişi qadağandır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB