Dörd sursat anbarı və 89 rus əsgəri öldürülüb?

Dörd sursat anbarı və 89 rus əsgəri öldürülüb?

Baxmut istiqamətində gün ərzində düşmən itkiləri kəskin artdı - Ukrayna əsgərləri 89 rus işğalçısını məhv etdi, 133-ü yaralandı, daha iki rəqibi əsir götürüb.

Ölkəmizin müdafiəçiləri həmçinin düşmənin dörd sursat anbarını, bir “Lancet” kamikadzesini, daha üç pilotsuz aparatını və iki “Qvozdika” özüyeriyən artilleriya qurğusunu da məhv ediblər”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatı bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri təşəbbüsü əlində saxlayır və işğalçılara təzyiq göstərirlər.

“...Düşmən ümidsiz müqavimət göstərir. Bu gün ərzində o, mövqelərimizə bütün növ çaplı artilleriyadan 567 dəfə zərbə endirib. O, bu istiqamətdə bir dəfə hava hücumu edib, səkkiz toqquşma olub...”, - deyə Çerevatı deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə