Ukrayna sərhədçiləri bütün məmur və deputatların xüsusi icazə olmadan ölkəni tərk etmələrini qadağan etmək barədə əmr alıblar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Ali Radasının deputatı Aleksiy Qonçarenko (Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxildir) verib.
Deputatın sözlərinə görə, bütün məmur və deputatların xaricə çıxışına qadağa qoyulması ilə bağlı sərhədçilərin postlarına əmr göndərilib. Qonçarenko, sərhədi keçməyə cəhd edən hər kəsin qarşısının alındığı və onların hər biri ilə bağlı qərar gözlənildiyini bildirib.
Ukraynalı deputat əlavə edib ki, əslində indi prezident aparatının rəhbəri Andriy Yermak şəxsən özü məmur və deputatların getməsinə və ya getməməsinə telefonla icazə verir.
Ötən gün Ukrayna prezidenti Vladimir Zelenski bütün deputat və rəsmilərə ölkədə işləmək tələbi ilə müraciət edib. O, ətrafında korrupsiya və xaricə səyahətlə bağlı yeni qalmaqallar yaradan deputatlara, hərbi komissar, eləcə də hakimlərə qarşı “qəzəbləndiyini” bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB