Putin: "Dollar indi siyasi mübarizə aləti kimi istifadə olunur"

Putin: "Dollar indi siyasi mübarizə aləti kimi istifadə olunur"

Bu gün beynəlxalq maliyyədə dollar siyasi mübarizə aləti kimi istifadə olunur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS İnkişaf Bankının rəhbəri Dilma Ruseflə görüşündə deyib.

Mövcud reallıqlarda maliyyə institutunun inkişafına toxunan rusiyalı prezident, “...indiki şəraitdə dünya maliyyəsində baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə alsaq, bunu etmək asan deyil”, - deyə bildirib.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, birlik üzvləri maliyyə məsələlərində kiməsə qarşı dost deyil, bir-birinin maraqlarına uyğun işləyir, eyni zamanda milli valyutalarla ticarəti inkişaf etdirir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə