İyulun 26-da çərşənbə günü Kiyevdə bir neçə günlük hazırlıqdan sonra Dnepr çayının sağ sahilində yerləşən “Vətən” abidəsindən SSRİ gerbinin sökülməsinə başlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın “Zvezda” telekanalı xəbər verməklə yanaşı, sökülmə prosesini də göstərib.
Xatırladaq ki, 1981-ci ildə Kiyevdə Ukrayna Tarixi Muzeyinin ərazisində SSRİ-nin gerbi olan monumental heykəl qoyuldu. Onun hündürlüyü postamentlə birlikdə 102 metrdir ki, bu da “Vətən”i dünyanın beşinci ən yüksək abidəsi edir.
Dekommunizasiya çərçivəsində Ukraynanın Dövlət Memarlıq və Şəhərsalma Müfəttişliyi heykəlin qalxanında təsvir edilmiş oraq və çəkicin ölkənin kiçik dövlət gerbindən olan tridentlə əvəzlənməsinə icazə verib.
Ukraynanın “Strana” nəşrinin yazdığına görə, uzun müzakirə və hazırlıqdan sonra iyulun 21-də sökülməyə hazırlıq işlərinə başlanılıb. İşçilər ağır konstruksiyaları dəyişdirmək üçün qalxana kran quraşdırıblar.
Qalxanda yeni gerbin quraşdırılması 28 milyon qrivnaya (68,2 milyon rubl) başa gələcək. Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi “Zaporijstal” məhsullarının keyfiyyətini qane etmədiyi üçün trident idxal poladdan hazırlanacaq.
Bu işlər üçün vəsaitin könüllülər və havadarlar tərəfindən toplandığı bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB