İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar yığıncaq keçirəcək

Qurani-Kərimə edilən təhqirlərə görə...
İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar yığıncaq keçirəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı İsveç və Danimarkada Qurani-Kərimə edilən təhqirlərə görə bazar ertəsi fövqəladə iclas keçirəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdüyünü ifadə edən Kənani “İslam Əməkdaşlıq Təşkilatına rəsmi iclas keçirilməsi tələbi təqdil edildi. Qurani-Kərimin təhqir olunması səbəbindən bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verildi" deyib.

Xatırladaq ki, daha əvvəl də Qurana qarşı təhqirlərə səhnə olan İsveçdə son olaraq Stokholmdə İraq əsilli Salvan Momika 28 iyun Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin nəzarətində Qurani-Kərimi yandırıb.

Momika iyulun 20-də də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını təhqir edib.

Danimarkada isə iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də növbə ilə İran və İraq səfirlikləri qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyenin Kopenhagendəki səfirliyi qarşısında Türk bayrağına və Qurana hücum edərək İslamı təhqir edib.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri iyulun 25-də Misirin, daha sonra Türkiyenin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə