“Vaqner” PMC-nin fəaliyyətini izləyən “Bütün gözlər Vaqnerdə” (“All Eyes on Wagner”) layihəsinin müstəntiqləri Belarusda PMC-nin rəhbərini müəyyən ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, rəhbərin “Pioner” çağırış işarəsi olan 46 yaşlı Sergey Vladimiroviç Çubko olduğu ortaya çıxıb.
İyulun 19-da Yevgeni Priqojin, Osipoviç yaxınlığındakı “Vaqner” PMC düşərgəsində olarkən, “Pioner” çağırış işarəsi olan hansısa bir Sergeyin “Belarus istiqamətində böyük rütbəyə” çevrildiyi barədə demişdi.
Bu günlərdə “Bütün gözlər Vaqnerdə” layihəsinin müstəntiqləri Priqojinin dediyi Sergeyin Ukraynanın Çernivtsi şəhərindən olan Sergey Çubko olduğunu müəyyən ediblər.
Deyilənlərə görə, o, 90-cı illərin əvvəllərində valideynləri ilə birlikdə Rusiyaya köçüb. 1994-2002-ci illərdə Rusiya Hərbi Hava Qüvvələrində xidmət edib.
2003-cü ildə Çubko Novorossiysk administrasiyasında gənclərlə iş üzrə komissiyanın sədri, 2005-ci ildə isə Mışak kənd dairəsi administrasiyası rəhbərinin müavini vəzifəsinə işləyib.
Müstəntiqlərin məlumatına görə, 2017-ci ildə Çubko Suriyada döyüşən “Vaqner” PMC-yə qoşulub. 2021-ci ilin yayında o, Mərkəzi Afrika Respublikasında özəl hərbi şirkətin Əməliyyatlar rəisi olub.
Bir daha xatırladaq ki, “Vaqner” PMC-nin muzdluları 2023-cü il iyunun sonunda Yevgeni Priqojinin təşkil etdiyi üsyandan sonra Belarusa köçməyə başlayıblar. “Belarus Gayun”un məlumatına görə, bu günə qədər muzdlulardan ibarət 11 kolon artıq Belarusa daxil olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB