Duma xarici elektron poçtdan istifadə ilə bağlı yeni qanun qəbul edib

Rusiya Dövlət Duması xarici elektron poçt vasitəsilə Rusiya saytlarında qeydiyyatı qadağan edib
Duma xarici elektron poçtdan istifadə ilə bağlı yeni qanun qəbul edib

Rusiya Dövlət Duması yekun oxunuşda xarici elektron poçtdan istifadə edən rus saytlarında qeydiyyatı qadağan edən qanunu qəbul edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri iyulun 26-da TASS yayıb.

Beləliklə, Dövlət Duması Rusiya saytlarında qeydiyyatdan keçərkən xarici poçtdan istifadəni qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib.

İndi Rusiya saytında qeydiyyatdan keçmək üçün rus telefon nömrəniz, Dövlət Xidmətləri portalında hesabınız, rus e-poçtunuz və ya Vahid Biometrik Sistemdən məlumatınız olmalıdır.

Yeniliyin yalnız qeydiyyat və istifadəçi autentifikasiyası olan saytlara təsir edəcəyi və 2023-cü il dekabrın 1-dən qüvvəyə minəcəyi aydınlaşdırılır.

Qeyd edək ki, parlamentarilər Rusiyada xəbər aqreqatorlarının işinin tənzimlənməsi haqqında qanun çərçivəsində Rusiyanın internet resurslarında qeydiyyat qaydaları haqqında norma qəbul ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə