Ukrayna yeni hava hücumundan müdafiə sistemləri alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyulun 26-da Vladimir Zelenski məlumat verib. Qeyd edək ki, Ukrayna rəhbəri müvafiq yazısını Telegram-da dərc edib.
Beləliklə, bugünkü konfransı şərh edərək, yeni hava hücumundan müdafiə sistemlərinin alındığını elan edən Vladimir Zelenskinin sözlərinə görə, onlar ən çox ehtiyac duyulan yerə göndəriləcək.
Qeyd edək ki, Zelenski Ukraynaya çatdırılan hansı hava hücumundan müdafiə sistemlərindən söhbət getdiyini açıqlamayıb.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB