Nigerdə Prezident İqamətgahına gedən yollar nəqliyyat üçün bağlanıb
Nigerin paytaxtı Niameydə Prezident İqamətgahına gedən yolların nəqliyyatın hərəkəti üçün bağlandığı bildirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli media orqanlarının yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Nigerdə baş verənlərin çevriliş cəhdi ola biləcəyi barədə də xəbərlər yayılır. Prezident Mohamed Bazumun bu cəhdin qarşısını almağa çalışdığı irəli sürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB