Uqandada vəba epidemiyası sürətlə yayılıb - XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR
Uqanda Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasının yayıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin cənub-şərqindəki Namayinqo bölgəsində vəba epidemiyasının başladığı haqda məlumatlar yayılıb.
Açıqlamada Namayinqoda 3 nəfərdə vəba aşkar edildiyi və bu şəxslərin müalicə olunduğu bildirilib. Digər tərəfdən, vətəndaşlar epidemiyadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyə çağırılıb.
M\lumatda vəba epidemiyasından 4 nəfərin ölməsi xəbərinin əsassız olduğu da vurğulanıb. Ötən il Uqandada başlayan vəba epidemiyasında ən azı 20 nəfər ölüb.
Afrika ölkələri arasında Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Cənubi Afrika Respublikası, Mozambik, Nigeriya, Keniya və Somali vəba epidemiyasından ən çox təsirlənən ölkələr sırasındadır.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB