"Hər hansı bir dinə hörmətsizlik etmək yersizdir” - ZAXAROVA

"Hər hansı bir dinə hörmətsizlik etmək yersizdir” - ZAXAROVA

“Moskva Danimarkada Quranın yandırılması ilə bağlı aksiyanı kəskin şəkildə pisləyir”. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Biz bu və buna bənzər ekstremist hərəkətləri kəskin şəkildə pisləyirik. Hər hansı bir dinə hörmətsizlik etmək yersizdir”, - o deyib.

Xatırladaq ki, iyunun 28-də Danimarkanın paytaxtı Stokholmun mərkəzində Quran yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə