Bu yaxınlarda "Twitter"in adını dəyişən İlon Mask Kaliforniya qanunlarına uyğun olaraq oğlunun adını dəyişməli olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı Klaire Elise Bauker olan kanadalı müğənni Qrayms 4 may 2020-ci ildə İlon Maskdan ilk övladını dünyaya gətirib.
Tesla və SpaceX-in baş direktoru Mask, övladı dünyaya gəldikdən sonra "Twitter"dəki paylaşımı ilə xəbəri açıqlayıb və oğlunun adının "X Æ A-12 Mask" olduğunu bildirib.
Körpənin sənəddəki adının “X”, atasının “AE A-XII”, soyadının isə “Mask” olduğu bildirilib.
Qrayms "Twitter"də oğullarının bənzərsiz adının arxasındakı mənası izah edib. "X" riyaziyyatda naməlum dəyişəni təmsil edir, "Æ" isə süni intellektin Elv dilində yazısı olan AI və müxtəlif dillərdə "sevgi" deməkdir. "A-12" hər ikisi döyüşdə qeyri-zorakı təbiətinə heyran olan SR-71 təyyarəsinin sələfinə aiddir. A-12-dəki A hərfi Archangel mənasını verir və Qrayms onun sevimli mahnısı olduğunu deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB