Hindistanlı cütlük Antalyada 4 gün 4 gecə toy etdi

Hindistanlı cütlük Antalyada 4 gün 4 gecə toy etdi

Türkiyənin Belek Turizm Mərkəzindəki bir oteldə hazırlıqlarına aylar öncədən başlanan yüksək büdcəli toy mərasimi İngiltərədə ticarətlə məşğul olan hindistanlı ailənin uşaqları üçün keçirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, toy üçün Antalyaya Hindistan, İngiltərə və Qətərdən 120 qonaqla yanaşı, sənətçilər və özəl aşpazlar da gəlib. Hindistan adət-ənənələri ilə keçirilən və 4 gün 4 gecə davam edən yüksək büdcəli toyda “xoş gəldin” məclisi, caqo və xına təşkili, dini mərasim və barat mərasimi keçirilib.

Toy təşkil edən şirkətin sahibi Dəniz Gülərsan qrup olaraq dünyanın müxtəlif ölkələrindən, xüsusilə İngiltərədən Türkiyədə toy məclisləri təşkil etdiklərini bildirib.

Gülərsan bunları deyib: "Hind toyları çox böyük beynəlxalq təşkilatlardır. Bu gün toya Hindistan, İngiltərə və Qətərdən 120 qonaq gəlib. Bu məclisə qatılan qonaqlar daha əvvəl Türkiyəni görməmişdilər. Qonaqlar gülərüz, keyfiyyətli xidmətlə buradadırlar. Biz Türkiyəni də bu məclisdə tanıtdırırıq. Ona görə onlar yenidən Türkiyəyə gəlmək istəyəcəklər. Dostlarını da yanlarında gətirəcəklər. Ona görə də bu ölkə üçün çox önəmlidir. Bu 120 müştəri geri qayıdacaq. Gələn il 1200 müştəri olaraq. Hindistan bazarı böyükdür. Biz bir şirkət olaraq daha böyük məclislər təşkil etməyə davam edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə