ABŞ-ın peyk şirkəti Maxar, Rodos və Korfu adalarında baş verən yanğınların vurduğu ziyanı heyrətamiz şəkildə ortaya qoyan peyk görüntülərini paylaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rodosda adanın ortasından cənubdakı Kiotari qəsəbəsinə qədər uzanan böyük bir ərazinin kül olduğu aşkarlanıb.
Yunanıstanın Rodos və Korfu adalarında günlərdir davam edən meşə yanğınları səbəbindən ən azı 40 min insan təxliyə edilib.
Polis 20 minə yaxın insanın Rodosdan quru yolu ilə aparıldığını, 3 min nəfərin isə dəniz yolu ilə təxliyə edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB