Sakinlərə çimərlikdən uzaq durmaları barədə XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Sakinlərə çimərlikdən uzaq durmaları barədə XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Qərbi Avstraliya əyalətinin cənubundakı Cheynes çimərliyində 51 pilot balina kütləvi şəkildə ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya səlahiyyətliləri və könüllülər qapalı vəziyyətdə qalan balinaları xilas etmək üçün çalışıblar.

Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Xidmətindən verilən açıqlamada deyilir: “Çeynes çimərliyində sahilə çıxan 51 balinanı təəssüf ki, xilas etmək mümkün olmayıb. İşçilər və könüllülər 46 pilot balinanı sulara qaytarmaq üçün birlikdə çalışıblar”.

Qərbi Avstraliya Parkları və Vəhşi Təbiət Xidməti səlahiyyətliləri ərazidə olanlara çimərlikdən uzaq durmaları barədə xəbərdarlıq edib.

Vəhşi təbiətlə bağlı araşdırmalar aparan Vanessa Pirotta balinaların niyə sahilə çıxdığının bilinmədiyini bildirib. Balinaların sahilə çıxmamışdan əvvəl toplaşdığını qeyd edən Pirotta bunları deyib: "Onlar qatil balina kimi yırtıcıdan qaçmağa çalışırlar".

Qeyd edək ki, cənub yarımkürəsində və Şimali Atlantik okeanında yaşayan pilot balinalar boz, qara və ya qəhvəyi rəngdə ola bilər və uzunluğu 7,6 metrə çatır. Ötən ilin sentyabrında Avstraliyanın Tasmaniya sahillərində 200-ə yaxın balina su altında qalıb, onlardan yalnız 35-i xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə