Qatarda gizlənən ilan qorxulu anlara səbəb oldu

Qatarda gizlənən ilan qorxulu anlara səbəb oldu

İngiltərənin Yorkşir əyalətində hərəkət edən qatarda dolaşan ilan panikaya səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, vaqonda 1,5 metrlik ilan dolaşmağa başladıqdan sonra təşvişə düşən sərnişinlər qaçaraq o biri vaqona keçiblər.

Parlaq rəngli ilanın zərərsiz qarğıdalı ilanı olduğu ortaya çıxsa da, bu, sərnişinləri sakitləşdirməyə kifayət etməyib.

Lidsə gedən qatarda olan sərnişinlər çəkdirdikləri fotoları sosial şəbəkədə paylaşıblar. Vətəni Şimali Amerika olan qarğıdalı ilanları İngiltərədə daha çox ekzotik ev heyvanları kimi görülür. Qatar Lids stansiyasına çatdıqdan sonra səlahiyyətlilər ilanı qatardan çıxarıb. Sağlam olduğu öyrənilən ilana hazırda Reptilia adlı müəssisədə qulluq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə