Xəbər verdiyimiz kimi, Yunanıstanda hökm sürən anomal istilər səbəbindən baş verən meşə yanğınları ölkəni cənginə alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Korfu, Evbeya və Rodos adalarında sakinlər təxliyə edilir. Ən son məlumata görə, təxliyə olunmuş sakin və turistlərin ümumi sayı 30 minə yaxındır. Son həftə ərzində 35 min hektar meşə yanıb.
Bazar günü ölkədə yeni temperatur rekordu qeydə alınıb – Peloponnesa yarımadasının cənub hissəsində 46,4 dərəcə isti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB