NASA-da elektrik enerjisi sıradan çıxdı - 7 astronavtla əlaqə kəsildi
ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində elektrik enerjisi kəsildikdən sonra ehtiyat sistemlər işə salınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, missiyaya nəzarət mərkəzində olan 7 astronavtla qısamüddətli ünsiyyətdə çətinlik yaranıb.
ISS proqram meneceri Joel Montalbano ehtiyat sistemlərin 90 dəqiqə ərzində tam nəzarəti təmin etdiyini, astronavtlar üçün heç bir təhlükənin olmadığını və astronavtların vəziyyətlə bağlı fasilənin 20-ci dəqiqəsində məlumatlandırıldığını bildirib.
Montalbano, NASA-nın fasilə səbəbi ilə ilk dəfə ehtiyat sistemlərdən istifadə etməli olduğunu ifadə edərək, günün sonunda elektrik kəsilməsinə səbəb olan problemi həll etməyi ümid etdiklərini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB