Türkiyənin Ankara şəhərində silahlı terror təşkilatı DEAŞ-a bağlı olduğu, qarşıdurma bölgələrində olan və əvvəlki illərdə təşkilat daxilində fəaliyyət göstərən 9 xarici ölkə vətəndaşı keçirilən əməliyyat tədbirləri nəticəsində yaxalanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi qrupları DEAŞ silahlı terror təşkilatı ilə əlaqədə olan, münaqişə bölgələrində olan və ötən illərdə təşkilat adına fəaliyyət göstərən 10 əcnəbi vətəndaşı müəyyən edib. Texniki və fiziki təqibdən sonra hərəkətə keçən qruplar eyni vaxtda əməliyyat keçirərək şübhəlilərdən 9-nu həbs edib. Bildirilib ki, qaçan şəxsin tutulması istiqamətində işlər davam etdirilir.
Xarici terrorçu döyüşçülər kateqoriyasında qiymətləndirilən şübhəlilərin polis bölməsindəki prosedurlarından sonra deportasiya olunmaq üçün aidiyyatı qurumlara təhvil veriləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB