Nigeriyada silahlı hücum olub - 34 nəfər ölüb

Nigeriyada silahlı hücum olub - 34 nəfər ölüb

Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zamfara əyalətinin yerli təhlükəsizlik rəsmisi İsmayıl Maqaci verdiyi açıqlamada silahlı şəxslərin əyalətin Dan Qulbi bölgəsində silahlı hücum təşkil etdiyini bildirib.

Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstələrin hücumları ilə üzləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə