Hakan Fidan beninli həmkarı ilə müzakirələr aparıb

Hakan Fidan beninli həmkarı ilə müzakirələr aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Beninin yeni xarici işlər naziri Oluşequn Adjaji Bakari ilə telefon danışığı aparıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir Fidan beninli həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

Görüş zamanı iki ölkə arasında investisiya əməkdaşlığının istiqamətləri və Türkiyənin Maarif Fondunun Benindəki fəaliyyəti müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə