Nigeriyada silahlı hücum nəticəsində 34 nəfər ölüb

Nigeriyada silahlı hücum nəticəsində 34 nəfər ölüb

Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Zamfara əyalətinin yerli təhlükəsizlik rəsmisi İsmayıl Maqaci verdiyi bəyanatda silahlı şəxslərin əyalətin Dan Qulbi bölgəsində silahlı hücum təşkil etdiyini bildirib.

Maqaji hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.

Qeyd edək ki, Zamfara əyaləti 5 ildir ki, silahlı dəstələrin hücumları ilə qarşı-qarşıyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə