Aralıq dənizində rekord su temperaturu qeydə alınıb

Aralıq dənizində rekord su temperaturu qeydə alınıb

İspaniyanın Okeanoqrafiya İnstitutu bu həftənin əvvəlində Aralıq dənizində rekord su temperaturu qeydə alıb.
SİA xəbər verir ki, bu barədə Frans-Press agentliyinə qurumdan məlumat verilib.

"Bazar ertəsi Aralıq dənizinin səthində 40 ildən artıq bir müddət ərzində rekord göstərici, orta sutkalıq temperatur qeydə alınıb. Bu, Selsi üzrə 28,71 dərəcəyə çatıb", - institutdan bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə