"Zəlzələ peyğəmbəri" XƏBƏRDARLIQ ETDİ

"Zəlzələ peyğəmbəri" XƏBƏRDARLIQ ETDİ

Aylar əvvəl Türkiyədəki dəhşətli zəlzələni günlər əvvəl sosial media hesabında xəbər verən "zəlzələ peyğəmbəri" ləqəbli məşhur alim Frank Hoogerbeets yeni proqnozlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hoogerbeets Adanada bu gün baş verən zəlzələnin qabaqcıl təkan ola biləcəyini bildirib.

"Bu, qabaqcıl fəaliyyət ola bilər, çünki Ayın həndəsəsi 23-24 iyulda böyük seysmik hadisəyə işarə edir. Diqqətli olun!” - Frank Hoogerbeets xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün Türkiyənin Adana şəhərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə