Ramzan dünən Ukraynadakı döyüşlərə xeyli “könüllü” göndərib

Ramzan dünən Ukraynadakı döyüşlərə xeyli “könüllü” göndərib

Ramzan Kadırov Ukraynadakı xüsusi əməliyyat zonasına daha bir könüllü qrupunun göndərildiyini açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, Çeçenistan rəhbəri bu gün, iyulun 25-də öz Telegram səhifəsində müvafiq yazı dərc edib.

Beləliklə, Çeçenistan Respublikasından könüllülərin daha bir qrupu Ukrayna ərazisində Rusiyanın xüsusi əməliyyatı zonasına gedib.

“Rusiyanın əsl vətənpərvərlərinin olduğu daha bir təyyarə Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına Qroznı Beynəlxalq Hava Limanından xüsusi hərbi əməliyyat zonasına qalxıb”, - məlumatda belə deyilir.
Ramzan Kadırovun dediyi kimi, bu gün Qroznı hava limanından xüsusi hərbi əməliyyat zonasına uçan könüllülər arasında təkcə Çeçenistan sakinləri deyil, Rusiyanın digər regionlarından olan könüllülər də var.

Qeyd edək ki, Ramzan həmişə olduğu kimi, bu dəfə də bütün döyüşçülərin döyüş ruhuna malik olduqlarını, onların “Rusiyanın Ukrayna nasizmi üzərində qələbə qazanması” və Donbas və Ukraynanı nasistlərdən azad etmək əzmində olduqlarını bildirib.

Xatırladaq ki, iyunun sonunda Ramzan Kadırov çeçen bölmələrinin Ukrayna təxribat-kəşfiyyat qrupunun Belqorod vilayəti ərazisinə soxulmaq cəhdinin qarşısını aldığını bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə