Dövlət Duması çağırışçılara hərbi xidmətə başladıqdan bir ay sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa icazə verməyi planlaşdırır, bundan sonra hərbi idarə onları Ukraynaya müharibəyə göndərə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, mövcud qanunvericiliyə müvafiq dəyişikliyi Dövlət Dumasının Müdafiə komitəsi təsdiqləyib.
Sənədə əsasən, Müdafiə Nazirliyi bu cür müqavilələri səfərbərlik, hərbi vəziyyət dövründə, silahlı münaqişələr, antiterror əməliyyatları zamanı, habelə ordudan xaricdə istifadə zamanı bağlaya biləcək.
Hazırda hərbi xidmətə çağırılan ruslar hərbi xidmətə başlayandan yalnız üç ay sonra müqavilə bağlaya bilərlər.
Çərşənbə axşamı Dövlət Duması Rusiya ordusunda xidmət şərtlərini sərtləşdirən qanunvericiliyə bir neçə düzəliş qəbul edib.
Belə ki, deputatlar hərbi komissarlığa gəlməməyə görə cərimələri dəfələrlə gündəmə gətirərək, hərbi yaş həddini - 27-dən 30-a qaldırıblar. Eyni zamanda deputatlar hərbi yaşın aşağı həddinin - 18 yaşdan 21 yaşa qaldırılması planlarından da imtina ediblər.
Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov qəbul edilmiş düzəlişləri şərh edərkən deyib ki, onlar “böyük müharibə” və “ümumi səfərbərlik” altında yazıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB