Türkiyəli mütəxəssislər aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz olacaq “ağıllı” sualtı mina yaradıblar.
SİA-nın əldə etdiyi məlumata görə, türk mütəxəssisləri dünyada ilk dəfə olaraq UCA-nın böyük diapazonu ilə seçilən, havadan buraxılan “ağıllı” mina yaratdılar.
Tərtibatçıların fikrincə, mina “F-16” qırıcılarından, “Akıncı” və “Aksunqur” PUA-larından da atıla bilər.
Bu, onu aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.
O da qeyd edilir ki, təyyarələr və PUA-lar həm düşmən hərbi dəniz bazalarının çıxışlarında, həm də tranzit yollarında məsafədən mina yerləşdirə biləcəklər.
Bundan əlavə, məlum olub ki, “ağıllı” mina məhz məqsədə uyğun olaraq dibdə mövqe tuta biləcək.
İnkişafın məqsədi MK-84 ümumi təyinatlı bombaları hücum dəniz minalarına çevirməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB